Kanada ABŞ-yə tarifləri ləğv edib
Kanada ABŞ-yə qarşı bir çox cavab tariflərini ləğv edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Kanada Baş naziri Mark Karni deyib.
Onun sözlərinə görə, Kanadanın ABŞ avtomobilləri, polad və alüminiuma tətbiq etdiyi 25 faiz tariflər hələlik qüvvədə qalacaq.
Mart ayında Kanada ABŞ-ın polad və alüminiuma 25 faiz rüsum elan etməsindən sonra ABŞ 25 faizlik cavab tarifləri tətbiq edib.