00:00:00
Yazar
Admin User
22.05.2025 17:28 174 1 dəq oxuma
Dünya

Kanada: İsrailin diplomatlara atəş açması qətiyyən qəbuledilməzdir

Kanada: İsrailin diplomatlara atəş açması qətiyyən qəbuledilməzdir

Kanadanın Baş naziri Mark Karni İsrail ordusunun Cenin Qaçqınlar Düşərgəsi yaxınlığında diplomatların da daxil olduğu heyətə atəş açmasının “qəbuledilməz” olduğunu bildirib.

 

Kanada Yayım Korporasiyasının (CBC) xəbərinə görə, Xarici İşlər Naziri Anita Anandın ofisi İsrail ordusunun atəş açdığı heyətdə 2 kanadalı diplomat və 2 yerli işçinin olduğunu açıqlayıb.

 

Paytaxt Ottavada jurnalistlərə açıqlama verən Karni, İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində yerləşən Cenin Qaçqınlar Düşərgəsi yaxınlığında diplomatların olduğu heyətə atəş açması ilə bağlı “ətraflı araşdırma” və “hadisəyə dair dərhal açıqlama” gözlədiklərini bildirib.

 

Karni hadisə ilə bağlı “Bu, qətiyyən qəbuledilməzdir. Bu, bölgədə baş verən və qəbuledilməz olan bir çox hadisələrdən sadəcə biridir”, – deyə vurğulayıb.

 

Digər tərəfdən, Kanada Xarici İşlər Naziri Anita Anand “X” (keçmiş Twitter) hesabında verdiyi açıqlamada, kanadalı heyət üzvlərinin sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu bildirib.

 

Anand həmçinin, İsrailin Ottavadakı səfirinin çağırılması və Kanadanın hadisə ilə bağlı “ciddi narahatlıq” keçirdiyini bildirmək üçün səlahiyyətli əməkdaşlara göstəriş verdiyini qeyd edib.

 

 

TRT Xəbər 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər