Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib
Kanada hökuməti Rusiya ilə əlaqəli 21 fiziki şəxs və 53 təşkilata qarşı yeni sanksiyalar tətbiq edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən ekspert Cavanşir Abbaslı bildirib ki, sanksiyalar Rusiyaya ciddi təsir göstərmir:
“Sanksiyalar 2014-cü ildən, Krımın ilhaqından sonra geniş şəkildə tətbiq olunur. Lakin Ukrayna müharibəsi göstərdi ki, Rusiya iqtisadiyyatı bu məhdudiyyətlərə uyğunlaşa bilib və statistik göstəricilərdə hətta artım müşahidə olunur. Bu baxımdan Kanadanın yeni qərarının da böyük iqtisadi təsir doğuracağı gözlənilmir. Sanksiyalar daha çox siyasi mesaj xarakteri daşıyır, real təsir isə məhdud görünür”.

Arzu Poladova
