Kanadada meşə yanğınları: Ən azı 17 min nəfər təxliyə ediləcək
Kanadanın Manitoba əyalətində baş verən genişmiqyaslı meşə yanğınları səbəbilə fövqəladə vəziyyət elan edilib və 17 mindən çox insanın təxliyəsinə qərar verilib.
“CBC News”un xəbərinə görə, Manitoba əyalətinin baş naziri Vab Kinyu (Wab Kinew) mətbuata açıqlamasında bildirib:
“Manitoba hökuməti meşə yanğınlarına görə əyalət üzrə fövqəladə vəziyyət elan edib”.
Kinyu həmçinin 17 mindən çox insanın təxliyə olunması əmrini verdiklərini və Kanadanın baş naziri Mark Karneydən (Mark Carney) yanğınlarla mübarizə üçün hərbi dəstək istədiyini açıqlayıb.
Əyalətdəki 26 yerli “First Nations” (İlk Xalqlar) icmasını təmsil edən Manitoba Keewatinowi Okimakanak təşkilatının yaydığı yazılı bəyanatda, təxliyə olunanların böyük əksəriyyətinin yerli xalqlardan ibarət olduğu bildirilib.
Manitobadakı Whiteshell Eyalət Parkında sürətlə yayılan meşə yanğınları nəticəsində iki nəfər həyatını itirib. Baş nazir Kinyu, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) qorunan ərazilər kateqoriyasına daxil olan bu parkda da fövqəladə vəziyyət elan edildiyini bildirib.
TRT Xəbər
Nuray Əliyeva