Kanslerdən Zelenskiyə xəbərdarlıq
Almaniya Kansleri Fridrix Merz Ukrayna Prezidenti Vladimir Zelenskiyə ölkəyə müəyyən qrupların keçidinə icazə verilməməsi ilə bağlı ciddi xəbərdarlıq göndərib. Berlin bunun Avropa təhlükəsizliyi, regional sabitlik və miqrasiya axınlarının idarə olunması baxımından kritik əhəmiyyət kəsb etdiyini bildirir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Almaniya kansleri Fridrix Merzin Ukrayna Prezidenti Vladimir Zelenskiyə göndərdiyi xəbərdarlıq ilk baxışda iki ölkə arasında gərginlik yaradacaqmış kimi görünə bilər:
“Lakin əslində bu xəbərdarlıq strateji xarakter daşıyır və Avropanın təhlükəsizliyini qorumaq məqsədi güdür. Berlin Ukraynanın əsas təhlükəsizlik tərəfdaşlarından biridir və bu xəbərdarlıq Aİ-nin təhlükəsizlik gündəliyinə uyğun qəbul edilməlidir. Kansler Merzin göstərmək istəyir ki, Avropanın təhlükəsizliyi hər şeydən üstün tutulur. Almaniyanın sərt mövqeyi digər Aİ ölkələrinə də nümunə olacaq. Xüsusilə miqrasiya, kəşfiyyat və təhlükəsizlik məsələlərində bir sıra ölkələr Berlinin xəttini dəstəkləyə bilər. Bu xəbərdarlıq Ukrayna üçün həm strateji, həm də diplomatik əhəmiyyət daşıyır. Kiyevin reaksiyası ölkənin Avropa blokuna inteqrasiyasını, Almaniya ilə siyasi və hərbi əməkdaşlıq əlaqələrini birbaşa təsir edə bilər. Əgər Ukrayna Almaniyanın istəyinə uyğun davranarsa, Kiyev–Berlin xətti güclənəcək, ölkənin qərb blokuna inteqrasiyası sürətlənəcək və Avropadakı təhlükəsizlik balansı daha stabil olacaq. Əks halda isə Berlinlə münasibətlərdə gərginlik yarana, Aİ daxilində dəstək tonunu dəyişdirə bilər. Bu, Ukrayna üçün strateji risk yaradacaq. Rusiya üçün isə bu xəbərdarlıq potensial siyasi fürsət deməkdir. Çünki Qərb dünyasının Ukrayna mövzusunda parçalanması Moskvanın manevr imkanlarını artırır və onun regional təsirini gücləndirir. Almaniyanın sərt mövqeyi həm də digər Aİ ölkələrini miqrasiya, təhlükəsizlik və kəşfiyyat sahələrində Berlin xəttini izləməyə sövq edə bilər. Bu xəbərdarlıq yalnız Almaniya–Ukrayna münasibətlərinə aid deyil, həm də Aİ-nin təhlükəsizlik siyasətində prioritetlərin göstərilməsidir. Berlin Avropa təhlükəsizliyini qorumaq üçün sərt mövqe tutur və bu yalnız Almaniyanın deyil, bütöv blokun təhlükəsizliyinə xidmət edir. Həmçinin bu xəbərdarlıq regional sabitlik üçün siqnal xarakteri daşıyır və digər qonşu ölkələrə, xüsusilə Rusiya və Şərqi Avropa dövlətlərinə xəbərdarlıq mesajı verir. Avropanın təhlükəsizlik gündəliyi, miqrasiya axınları və potensial kəşfiyyat riskləri kontekstində bu xəbərdarlıq kritik əhəmiyyət daşıyır. Bu addım Ukrayna ilə Almaniya arasında diplomatik müzakirələrin intensivləşməsinə səbəb olacaq və Kiyev üçün Avropa blokuna inteqrasiyanı gücləndirəcək strateji mexanizm rolunu oynayacaq”.
Ayşə Müzəfərli
