Kastamonuda itkin düşən ana və oğulun meyiti tapılıb
Kastamonun Bozkurt rayonunda 9 gün əvvəl evdən çıxdıqdan sonra itkin düşən qadın və 5 yaşlı oğlunun cansız cəsədləri tapılıb.
Noyabrın 2-də Huriye Helvacı və oğlu Osman Yaşar Helvacının rayon mərkəzindəki evdən çıxaraq itkin düşmələri barədə yaxınları xəbər verdikdən sonra polis, jandarma, İl Fəlakət və Təcili Yardım Müdirliyi (AFAD) və Milli Tibbi Xilasetmə Qrupu (UMKE) əməkdaşlarının iştirakı ilə axtarış aparılıb.
Ana Huriye Helvacının itməsindən sonra aparılan araşdırmalarda 2-4 noyabr tarixləri arasında telefonun 3 dəfə səs siqnalı verdiyi və 30 saniyə açıq qaldığı, lakin heç bir zəng və yazışma olmadığı müəyyən edilib.
TRT XƏBƏR
Arzu Poladova