Kaya Kallas Mirzoyanla görüşüb
Bu gün Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Kaya Kallas İrəvanda rəsmi səfərdədir.