Kayseridə güclü külək binanın divarını uçurub
Kayseridə güclü külək səbəbindən 5 mərtəbəli binanın divarı uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin binanın altında yerləşən mağazanın və park edilən nəqliyyat vasitəsinin pəncərələri zədələnib.
Axşam saatlarında Kayseridə başlayan və tədricən güclənən külək bütün şəhəri təsirləndirib.
Talasın Yenidoğan rayonunun Hoca Əhməd Yəsəvi məhəlləsində güclü külək səbəbindən 5 mərtəbəli binanın dam örtüyü çöküb və yolun hərəkəti dayandırılıb.
TRT HABER
Arzu Poladova
