00:00:00
Yazar
Admin User
07.02.2023 10:18 230 2 dəq oxuma
Yoxdur

Kədərə açılan səhər

https://informator.az/upload/202302/6245741_3.jpg
Kədərə açılan səhər

 

Türkiyə. Tarix: 06.02.2023. Saat: 04:17-ni göstərir. Hər kəs illərdir onları qoruyan evlərinin saniyələr sonra onlar üçün məzar olacağından xəbərsiz şirin yuxuda idi. Ardından binaların yıxılması ilə birlikdə dağıntılar altında qalan insanların vahiməli səsləri şəhəri bürüdü. Sanki dünyada cəhənnəmi yaşayırdılar. Bəzi insanlar şanslı olub faciədən xilas olsa da, bir çox insan dağıntılar altında həyatda qalmaq uğrunda mübarizə aparırdı. Sanki 1999-cu ildə İstanbulda baş verən zəlzələ yenidən daha ağır şəkildə təkrarlanırdı.

Zəlzələ 17 şəhərdə: Gaziantep, Malatya, Batman, Bingöl, Elazığ, Kilis, Diyarbakır, Mardin, Siirt, Şırnak, Van, Muş, Bitlis, Hakkari, Adana, Osmaniyə, Hatayda qeydə alındı. Ən dəhşətli mənzərə isə 10 şəhərdə - Kahramanmaraş, Hatay, Adıyaman, Malatya, Diyarbakır, Gaziantep, Şanlıurfa, Adana, Osmaniyə və Kilisdə yaşandı.

Son məlumatlara görə 24600-dən çox insan vəfat edib, 80000-dən çox insan yaralanıb. Axtarış-xilas etmə işləri davam etdiyindən ölən və yaralıların sayının artacağı istisna olunmur. Vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa arzu edirik.

Bu faciədən sonra prezident Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 7 günlük matəm elan etdi.

Türkiyəyə yardım etmək üçün Azərbaycan başda olmaqla 40-dan çox ölkə səfərbər oldu. Bu günə qədər azərbaycanlı xilasedicilər dağıntılar altından 51-dən çox insan xilas etdi. Azərbaycanda ölkə üzrə bütün musiqili şou proqramların verilməsi müvəqqəti olaraq dayandırıldı. Həm dövlət, həm də millət olaraq sevincli və kədərli günümüzdə yanımızda olan qardaş Türkiyənin hər zaman yanındayıq. Biz qəlbləri bir döyünən xalqıq.

Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi:

Bir millətik, iki dövlət

Eyni arzu, eyni niyyət

Hər ikisi Cümhuriyyət

Azərbaycan-Türkiyə.

Bir ananın iki oğlu

Bir ağacın iki qolu

O da ulu, bu da ulu

Azərbaycan- Türkiyə.

Zəlzələnin şiddətinin nə dərəcədə böyük olduğunu vurğulamaq üçün xarici elm adamlarından olan professor Carlo Doglioni- İtalya Milli geofizika və Volkanoloji institutunun rəhbərinin dediklərinə nəzər yetirmək istəyirəm: “2016-da İtalyada baş verən zəlzələyə görə 130 qat daha böyük bir enerji var”.

Tanrı Türkə yar olsun!

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi, I kurs tələbəsi Hacıyeva Aytac Sənan qızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər