Keçmiş travmaların həyatımıza təsiri və sağalma yolları
Keçmişdə yaşanan travmatik hadisələr insanın emosional vəziyyətinə, düşüncə tərzinə və münasibətlərinə dərin iz buraxa bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Helin Şadfar bildirib ki, düşünürəm ki, travma ilə işləmək sadəcə keçmişi danışmaq deyil, onu beynimizdə “təhlükəsiz yerə” köçürməkdir:
"Məncə, keçmişdə yaşadığımız travmalar üzərində işləmədikcə tamamilə yox olmur. Sadəcə gizlənir və zamanla fərqli formalarda üzə çıxır. Basdırılan hər duyğu bir gün mütləq çat verir. Bəzən bu, səbəbsiz qorxu, narahatlıq, qəzəb və ya boşluq, hisssizlik kimi hisslərdə özünü göstərir. Bəzən də “Mən dəyərsizəm” kimi düşüncələrdə, heç kimə güvənməməkdə, gələcəyə ümidsizlikdə ortaya çıxır. Hətta bədənimiz belə reaksiya verə bilər: yuxusuzluq, baş ağrısı, qəfil ürək döyüntüləri. Bəzi səslər, qoxular, yerlər və ya vəziyyətlər birdən keçmişi xatırladaraq içimizdə köhnə ağrını canlandırır. Elə bil beyin həmin anı buraxmaq istəmir".
Qəmər Kazımzadə