00:00:00
Yazar
Admin User
07.12.2025 04:09 94 1 dəq oxuma
Dünya

Kelloq Ukrayna nizamlanması üzrə iki əsas mövzunu açıqlayıb

Kelloq Ukrayna nizamlanması üzrə iki əsas mövzunu açıqlayıb

Rusiya‑Ukrayna müharibəsinin başa çatması yaxın olsa da, danışıqlar gündəmində hələ də Zaporojye Atom Elektrik Stansiyasının və Ukraynanın Donetsk vilayəti ərazilərinin mənsubiyyəti məsələsi qalır. 

 

"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kaliforniyada Ronald Reyqan adına Prezident Fondu tərəfindən təşkil olunan forumda çıxışı zamanı bəyan edib.

 

"Son 10 metr hədəfə çatmaq üçün ən çətin mərhələdir. Mən, həqiqətən, hesab edirəm ki, bizdə bir neçə məsələ qalıb – Donetsk vilayəti və Zaporojye AES, bu, nəhəng atom elektrik stansiyasıdır. Düşünürəm ki, əgər bu iki məsələni həll etsək, qalanı da yaxşı nəticələnəcək", – o bildirib

ABŞ Dövlət katibi Marko Rubio isə daha əvvəl "Fox News" telekanalına verdiyi müsahibədə qeyd edib ki, Ukraynada müharibənin başa çatdırılması üzrə danışıqlarda əsas mübahisə mövzusu Donetsk vilayətinin qalan 20%-i üzərindədir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər