00:00:00
Yazar
Admin User
10.05.2024 16:46 299 1 dəq oxuma
Dünya

Kemeron Putinə qarşı mübarizədən danışıb

Kemeron Putinə qarşı mübarizədən danışıb

Qərb Rusiya prezidenti Vladimir Putinə qarşı daha sərt mövqe tutmalıdır. Daily Mail-ə istinadən xəbər veririk ki, bunu Britaniyanın keçmiş baş naziri və hazırkı xarici işlər naziri Ceyms Kemeron deyib.

 

Britaniya diplomatik xidmətinin rəhbərinin sözlərinə görə, ölkə “[siyasi] iradə döyüşündədir” və London öz müttəfiqləri ilə birlikdə “rəqiblərini” məğlub etməlidir. Kemeron əlavə edib ki, Qərb Putini kənarda saxlamalı və daha sərt tədbirlər görməyə hazırlaşmalıdır.

 

“Rusiyaya yaxın olan ölkələr Ukraynada baş verənləri görürlər”, - deyə siyasətçi bildirib.

 

Kemeron daha əvvəl qeyd edib ki, Qərb Rusiya və Ukrayna arasında hərbi münaqişədən “dərs almadı”. Onun fikrincə, Qərb ölkələri başa düşməlidirlər ki, tərəddüd onların avtoritar rəqiblərini gücləndirəcək.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər