00:00:00
Yazar
Admin User
04.12.2025 15:28 84 1 dəq oxuma
Dünya

Kiprin Aİ Şurasına sədrliyi Ukrayna üçün əhəmiyyətli ola bilər

Kiprin Aİ Şurasına sədrliyi Ukrayna üçün əhəmiyyətli ola bilər

2026-cı ilin birinci yarısında Kipr Avropa İttifaqı Şurasına sədrlik edəcək və bu, Ukrayna üçün klasterlərin açılması baxımından tarixi əhəmiyyət kəsb edə bilər.

 

"İnformator.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Kipr Prezidenti Nikos Xristodulidis ilə birgə mətbuat konfransında bildirib.

 

Bu, Kipr prezidentinin Ukraynaya ilk səfəridir. Zelenski vurğulayıb ki, Kiprin Avropa İttifaqı Şurasına sədrliyi dövründə təşkilatın genişlənməsi istiqamətində ciddi irəliləyişə nail olmaq vacibdir.

 

"Biz gözləyirik ki, qarşıdakı aylar Ukraynanın Aİ-yə gedən yolunda daha çox irəliləyiş gətirəcək. Kiprin sədrliyi Ukrayna üçün klasterlərin açılması və digər zəruri qərarlar baxımından tarixi ola bilər'", – deyə Zelenski vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər