00:00:00
Yazar
Banuçiçək Məmmədova
17.04.2026 14:22 34 1 dəq oxuma
Maraqlı

Kirayə evdə yaşayan şəxsin hüquqları pozularsa, qanun onu necə qoruyur? - Hüquqşünas rəyi

Kirayə evdə yaşayan şəxsin hüquqları pozularsa, qanun onu necə qoruyur? - Hüquqşünas rəyi

Mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı “İnformator.az”a açıqlamasında bildirib ki, bu kirayə evdə yaşayan şəxsin hüquqlarının pozulması məsələsidir:

 

“Tutaq ki, qeyd etmisiniz: xəbərdarlıq edilmədən evdən çıxarılma halı. Kirayə münasibətlərində tərəflər - yəni mülkiyyətçi və kirayəçi arasında müqavilə bağlanır. Bu müqavilədə aylıq ödəniş, müqavilənin tarixi və müddəti kimi şərtlər nəzərdə tutulur. Qanunvericilikdə kirayəçinin xəbərdarlıq edilmədən dərhal evdən çıxarılması ilə bağlı konkret prosedur nəzərdə tutulmayıb. Lakin müəyyən hallar var ki, məsələn, kirayəçi iki ay ərzində ödənişi etməzsə, bu zaman mülkiyyətçinin onu mənzildən çıxarmaq hüququ yaranır. Kirayəçinin hüquqlarına gəldikdə isə, onlar çox geniş olmasa da, müəyyən əsas təminatlar mövcuddur. Məsələn, əgər müqavilədə ayrıca qeyd olunmayıbsa, müqavilə müddəti ərzində kirayə haqqının artırılması mümkün deyil. Yəni mülkiyyətçi özbaşına qiyməti qaldıra bilməz. Eyni zamanda, mülkiyyətçiyə də kirayəçini istədiyi vaxt evdən çıxarmaq hüququ verilməyib. Müqavilədə müəyyən edilmiş müddət qüvvədə qalır. Əgər kirayəçi ödənişləri və kommunal xərcləri vaxtında ödəyirsə, mülkiyyətçi onu heç bir əsas olmadan mənzildən çıxara bilməz”.

 

Cavahir Əsgərbəyli

#gündəm #qoruyur? #onu #yeni #hüquqları
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər