"Kitabı cildinə görə mühakimə etməyin..."
10 Sentyabrda Education HUB-un təşkilatçılığı ilə "Canlı Kitabxana"da görüş keçirilib. Bu dəfə canlı kitablar stereotiplərə qalib gələn insanlar idi. Oxucular fərqli "kitablar"la tanış olmaq və onlarla ünsiyyət qurmaq imkanı əldə edə bildilər.
Görüşün canlı kitabları onlar idi:
Feminist fəal
İnkluziv yazar
Veqan xanım
Keçmiş məcburi köçkün
Görüş zamanı onları müşayiət edən rəssamlar canlı kitabların hekayələrinə əsasən rəsimlərini hazırlayıb.
Təşəbbüs Education HUB-ın texniki dəstəyi ilə 4 Şərq Tərəfdaşlıq ölkəsində keçirilən "Kitabı cıldinə görə mühakimə etməyin..." beynəlxalq proqramı çərçivəsində Coders Azerbaijan ofisində reallaşıb. Proqram Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə Şərq Tərəfdaşlığı Proqram çərçivəsində Vətəndaşlıq Təhsili üzrə Federal agentlik (BpB) tərəfindən həyata keçirilib.
Edlveys
