00:00:00
Yazar
Admin User
18.05.2025 07:09 188 1 dəq oxuma
Dünya

KİV: Hindistan və Pakistan arasında atəşkəs rejimi qüvvədə qalır

KİV: Hindistan və Pakistan arasında atəşkəs rejimi qüvvədə qalır

Hindistan və Pakistan arasında razılaşdırılmış atəşkəs rejimi qüvvədə qalmaqda davam edir və onun üçün heç bir vaxt məhdudiyyəti nəzərdə tutulmayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “PTI” agentliyi Hindistan ordusuna istinadən məlumat yayıb.

 

Agentlik ordu nümayəndəsinin sözlərini belə çatdırıb: “Hərbi əməliyyatlara komandanlıq edən şəxslər arasında aparılan danışıqlarda razılaşdırıldığı kimi, atəşkəsin davam etməsi üçün müəyyən bir bitmə tarixi mövcud deyil”.

 

Bu açıqlama bəzi media vasitələrinin 18 may tarixində atəşkəsin başa çatması və yeni danışıqların keçirilməsi ilə bağlı yaydığı xəbərlərlə əlaqədar verilib.

 

Hindistan ordusu bildirib ki, bazar günü Hindistan və Pakistan komandanları arasında hər hansı bir təmas planlaşdırılmayıb.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər