KİV: Misir xilasediciləri Qəzza zolağında girovların cəsədlərinin axtarışına başlayıb
Misirin ağır texnika ilə təchiz edilmiş xilasedicilər və hərbi mütəxəssislər qrupu həlak olmuş israilli girovların cəsədlərinin axtarışı və ərazidən çıxarılması əməliyyatında iştirak etmək üçün Qəzza zolağına daxil olub.
"İnformator.az" xəbər verir ki, bu barədə "The National" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, komanda şənbə günü axşam Qəzzaya gec gəlib və İsrail hərbçilərinin nəzarətində olmayan ərazilərdə çalışacaq. Bundan əlavə, misirli mütəxəssislərə iki ildir davam edən silahlı münaqişədən qalan partlamamış hərbi sursatların təmizlənməsi tapşırılacaq.
Mənbələr xilasetmə qrupunun ölçüsünü və ya avadanlığın növünü açıqlamasa da, onun missiyasının İsrail və ABŞ ilə sıx koordinasiyada həyata keçirildiyini qeyd edib.