00:00:00
Yazar
Admin User
01.12.2025 15:53 97 2 dəq oxuma
Siyasət

KİV: Türkiyədə Rusiyaya məxsus tankerləri Ukrayna PUA-ları vurub

KİV: Türkiyədə Rusiyaya məxsus tankerləri Ukrayna PUA-ları vurub

Türkiyədə Qara dəniz sahillərində Rusiyaya məxsus iki tankerə hücumu Ukraynanın hərbi dəniz qüvvələrinin PUA-ları həyata keçirib.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Türkiyənin Qara dəniz sahillərində Rusiyaya məxsus tankerlərin Ukrayna PUA-ları tərəfindən vurulması müharibənin coğrafiyasının genişləndiyini göstərən ciddi siqnaldır:


“Bu hadisə iki mühüm məqamı ön plana çıxarır ilk olaraq, Ukrayna artıq dəniz döyüşlərində daha çevik və uzaqmənzilli hücum imkanlarına sahib olduğunu nümayiş etdirir. Daha sonra, Rusiya ilə münaqişənin yalnız cəbhə xətti ilə məhdudlaşmadığını, logistika və enerji daşımalarının da hədəfə çevrildiyini göstərir. Bu cür hücumlar Moskvanın Qara dənizdəki hərbi-strateji üstünlüyünü sarsıtmaq məqsədi daşıyır və müharibənin daha mürəkkəb, çoxşaxəli fazaya daxil olduğunu ehtimal etdirir. Rusiya tərəfi belə hadisələrə adətən kəskin cavab verir və Kremlin reaksiyasının həm siyasi, həm də hərbi təzyiqləri artırmaqla özünü göstərəcəyi gözlənilir. Moskva Türkiyədən izahat tələb edə, Qara dənizdə patrul və hava nəzarətini gücləndirə, həmçinin Ukraynanın dənizdəki imkanlarını məhv etməyə yönələn əməliyyatlar başlada bilər. Bundan əlavə, Rusiya enerji-logistika xətlərini hədəf alan hücumlara cavab olaraq özünün simmetrik və ya qeyri-simmetrik zərbələrini artıra, Qara dənizdə hərbi varlığını daha da genişləndirə bilər. Hadisənin Türkiyə ərazisində baş verməsi isə ən həssas məqamdır. Beynəlxalq hüquqa görə, üçüncü ölkənin ərazisində müharibə tərəfləri tərəfindən həyata keçirilən hücum ciddi suverenlik pozuntusu hesab olunur. Ankara bu hücumu öz ərazisinə yönələn təhlükə kimi qiymətləndirə və tərəflərdən izahat tələb edə bilər. Türkiyənin NATO üzvü olması bu məsələni daha da ağırlaşdırır, çünki alyansın sərhədlərinə yaxın bölgədə belə bir insident geniş siyasi müzakirələrə səbəb ola bilər. Bu hadisə həm Ankara- Moskva münasibətlərinə təsir edə, həm də Qara dənizin təhlükəsizlik arxitekturasını yenidən gündəmə daşıya bilər”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər