"Kiyevə çatdırılan silahlar Qərbə doğru gedir"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Ukraynaya çatdırılan silahlar artıq Qərb ölkələrində də görünüb.
“Terror aktları bütün dünyada, o cümlədən onların bilavasitə iştirak etdiyi Qərb ölkələrinin ərazisində həyata keçirilir”, - o deyib. “Bu silahlar təkcə terror aktları ilə deyil, həm də münaqişə zonalarında başa çatır və Qərb ölkələrinin heç bir vətəndaşı Qərbin Kiyev rejiminə yeritdiyi silahların və ideologiyaların qurbanı olmaqdan təhlükəsiz deyil”, - diplomat bildirib.
Zaxarova vurğulayıb ki, Qərbin Ukraynaya bənzər bütün layihələri eyni şəkildə nəticələnir. “Kollektiv Qərb tərəfindən yaradılan və tərbiyə olunan bu terrorçular Qərbə qayıdıblar”, - sözçü bildirib.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
