00:00:00
Yazar
Elmira Ağayeva
19.06.2026 21:25 17 1 dəq oxuma
Siyasət

"Kiyev çıxılmaz vəziyyətdədir, lakin müharibəni davam etdirməkdə israrlıdır"- Kreml

"Kiyev çıxılmaz vəziyyətdədir, lakin müharibəni davam etdirməkdə israrlıdır"- Kreml

 

Kiyev çox çətin vəziyyətdə olsa da, danışıqlara yönəlməyən siyasətini davam etdirir. Bu fikri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun 18-də Moskvaya həyata keçirilən genişmiqyaslı hücumu şərh edərkən səsləndirib.


“Kiyev rejimi öz xəttini davam etdirir. Bu, danışıqlara yönəlmiş xətt deyil”, – deyə o bildirib və cümə axşamı paytaxta qarşı həyata keçirilən dron hücumunun miqyasına diqqət çəkib.

 

Peskovun sözlərinə görə, “Kiyev rejimi çox ağır vəziyyətdədir. Cəbhədəki vəziyyət yaxın vaxtlarda Ukrayna tərəfi üçün kifayət qədər fəlakətli xarakter ala bilər. Məsələ də məhz bundadır”.


TASS
Nuray Əliyeva

#Rusiya #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər