Kiyevə hücum nəticəsində xəsarət alanların sayı 29-a çatıb
Rusiyanın Kiyevə çoxkombinasiyalı zərbəsi nəticəsində xəsarət alanların sayı kəskin şəkildə artıb.
"İnformator.az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko yazıb.
Onun sözlərinə görə, 19 yaralı şəhərin tibb müəssisələrinin stasionarlarına yerləşdirilib.
Mer həmçinin bildirib ki, hücum nəticəsində iki nəfər həlak olub.