Kiyevdə 9 nəfər həlak olub
Rusiyanın daxili işlər naziri bildirib ki, Rusiyanın Kiyev vilayətinə bir gecədə raket və dron hücumu nəticəsində azı 9 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
İhor Klymenko sosial mediada yazıb ki, yaşayış məntəqələri, xəstəxanalar və idman infrastrukturu zərər görüb.
Kiyevin meri Vitali Kliçko bildirib ki, ölənlərdən ən azı altısı paytaxtdakı hündürmərtəbəli binada olub. Şəhərin hərbi idarəsi daha 33 nəfərin yaralandığını bildirib.
Prezident Vladimir Zelenski Böyük Britaniyanın Ukraynaya hərbi dəstəyi ilə bağlı Baş nazir Keir Starmer ilə danışıqlar aparmaq üçün bazar ertəsi Londona səfər edəcək.
BBC
Nəzrin Məmmədova