KKTC Prezidenti Erhürman Türkiyəyə səfər edəcək
Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə noyabrın 13-ü cümə axşamı Türkiyəyə ilk beynəlxalq səfərini edəcək.
Kommunikasiyalar direktoru Burhanəddin Duran bildirib ki, səfər zamanı keçiriləcək danışıqlarda Kipr məsələsi və Türkiyə-ŞKTC əlaqələrinin bütün aspektləri müzakirə olunacaq.
Prezident Erhürman seçildikdən sonra ilk xarici səfərini məhz Türkiyəyə edəcək.
TRT Haber
Aişə Mustafayeva