00:00:00
Yazar
Admin User
11.11.2025 16:05 118 1 dəq oxuma
Siyasət

Kəmaləddin Heydərov türkiyəli nazirə başsağlığı verib

Kəmaləddin Heydərov türkiyəli nazirə başsağlığı verib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycandan Türkiyəyə yola düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar qardaş ölkənin daxili işlər naziri Əli Yerliqayaya zəng edib.


"İnformator.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Nazir hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, yaxınlarına Allahdan səbr dilədiyini bildirib. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin Gürcüstanla sərhəddə tam hazır vəziyyətdə gözlədiyini diqqətə çatdıran nazir K.Heydərov faciə ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə telefonla danışaraq vəziyyəti müzakirə etdiklərini bildirib. Qeyd edib ki, gürcü nazir hər hansı ehtiyac yaranacağı halda axtarış-xilasetmə əməliyyatlarına Azərbaycan FHN-in qüvvələrinin dərhal qoşulması üçün müraciət ediləcəyini bildirib.


Türkiyəli nazir Ə.Yerliqaya göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib. Qeyd edək ki, müvafiq qurumlar arasında təmaslar davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər