Kənd və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı hara səfər edəcək?
Türkiyənin Kənd və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı sabah rəsmi səfərlə Çinə yola düşəcək. Səfər çərçivəsində o, qida təhlükəsizliyi mövzusunda keçiriləcək konfransda iştirak edəcək, ikitərəfli görüşlər aparacaq və su məhsulları sahəsində əməkdaşlığa dair bir sıra protokollar imzalayacaq.
Nazirliyin məlumatına görə, Yumaklı səfərin ilk günündə Şanxayda Çin Gömrük Baş İdarəsinin rəhbəri Sun Meijun ilə görüşəcək. Görüşdə iki ölkə arasında Türkiyədən Çinə ixrac ediləcək yabanı və yetişdirilən su məhsullarının tədqiqi, sağlamlıq və karantin qaydaları ilə bağlı protokollar imzalanacaq. Həmçinin badam ixracına dair sənədlər də razılaşdırılacaq.
Yeni imzalanacaq razılaşmalar sayəsində Türkiyədən Çinə somon, çipura və levrek kimi balıq növlərinin ixracı mümkün olacaq. Bu, iki ölkə arasında kənd təsərrüfatı və su məhsulları sahəsində ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək. Yumaklı, səfər zamanı Şanxayda keçiriləcək “Kəmər və Yol İdxal-İxrac Gömrükləri Qida Təhlükəsizliyi Konfransı”nda çıxış edəcək. O, Türkiyənin beynəlxalq qida təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu və tətbiq etdiyi siyasətləri təqdim edəcək. Tədbir çərçivəsində “Şanxay Bəyannaməsi”nin qəbul edilərək imzalanması gözlənilir.
TRT haber
Aysun Vəliyeva