Kobaxidze: “Avropa Birliyi Gürcüstanın işinə qarışır”
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa bürokratları öz iqtisadi problemlərini həll etmək əvəzinə digər ölkələrin demokratik proseslərinə müdaxilə etməklə məşğuldur. Bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
“Sadə statistikaya baxaq: 2008-ci ildə AB-nin dünya iqtisadiyyatındakı payı 30% idi, indi isə 17,5%-dir. 2008-ci ildə Çin iqtisadiyyatı 4 trilyon dollar idi, indi təxminən 18 trilyon dollara çatıb və Avropa Birliyini üstələyib. ABŞ iqtisadiyyatı isə 15 trilyon dollardan təxminən 30 trilyon dollara yüksəlib”, - deyə Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, Avropa bürokratlarını öz işlərinə müdaxilə narahat edir, amma Gürcüstan işlərinə isə fəal şəkildə qarışırlar.
“Onlar sadəcə müdaxilə etmir, ölkənin inkişaf prosesinə mane olmağa çalışırlar, bu isə çox kədərli haldır”, - deyə Kobaxidze vurğulayıb.