00:00:00
Yazar
Admin User
25.10.2025 04:32 188 1 dəq oxuma
Dünya

Kolumbiya prezidenti ABŞ-nin sanksiyalarını paradoks adlandırıb

Kolumbiya prezidenti ABŞ-nin sanksiyalarını paradoks adlandırıb

Kolumbiya Prezidenti Qustavo Petro Boqota onun narkotik ticarətinə qarşı mübarizəsini nəzərə alaraq ABŞ hökumətinin ona və ailə üzvlərinə qarşı tətbiq etdiyi sanksiyaları paradoksal adlandırıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Q.Petro "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

Petronun sözlərinə görə, onun ABŞ-dakı maraqlarını vəkil Daniel Kovalik təmsil edəcək.

 

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Petro, həmçinin onun həyat yoldaşı və oğluna qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, siyahıya ölkənin daxili işlər naziri Armando Benedetti də daxil edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər