00:00:00
Yazar
Admin User
02.12.2025 17:16 92 1 dəq oxuma
Dünya

Kolumbiyada nadir tityilər geri dönür

Kolumbiyada nadir tityilər geri dönür

Kolumbiyanın şimalındakı quru tropik meşələrdə yaşayan pambıqqaşlı tityi meymunlarının sayı bir vaxtlar 7,500-dən də az qalaraq kritik həddə düşüb. Meşə qırılması, laboratoriya tədqiqatları və qeyri-qanuni heyvan ticarəti bu nadir növü yox olma təhlükəsinə yaxınlaşdırılıb.

 

İndi isə keçmiş meşə kəsiciləri, fermerlər və biologlar bir araya gələrək meşəni bərpa edir. Fundación Proyecto Tití artıq 1,000 hektara yaxın torpağı yenidən yaşıl meşəyə çevirib, 120 min ağac əkib və parçalanmış meşələri birləşdirən yeni təbiət koridorları yaradır.

 

Bu səylər nəticəsində tityilər yeni meşə sahələrinə qayıtmağa başlayıb. Komanda xüsusi radio ötürücülərlə ailə qruplarını izləyir və populyasiyanın 2012–13-cü ildən bəri sabit qaldığını, hətta artdığını düşünür.

 

Layihə həm də digər canlılar üçün həyat mənbəyinə çevrilib, bölgədə hörümçək meymunları, nadir tısbağalar və hətta uzun illər görünməyən puma yenidən müşahidə olunub.

 

The Guardian

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər