Kolumbiyadan İsrailə xəbərdarlıq
Kolumbiya Xarici İşlər Nazirliyinin X səhifəsində Kolumbiya rəsmilərinin diplomatik əlaqələrin kəsilməsi ilə bağlı İsraili rəsmi şəkildə xəbərdar etdiyi bildirilib.
“Xarici İşlər Nazirliyi bildirir ki, İsrailin Boqotadakı səfiri hakimiyyət orqanlarının İsrail dövləti ilə diplomatik münasibətləri kəsmək qərarı barədə məlumatlandırılıb", - nazirlik bildirib.
Bu arada, hər iki ölkənin Təl-Əviv və Boqotadakı konsulluqları fəaliyyətini davam etdirəcək.
Mayın 1-də işçilərin mitinqində çıxış edən Kolumbiya prezidenti Qustavo Petro Petroya görə soyqırım siyasəti yürüdən Kolumbiya və İsrailin mayın 2-dən etibarən diplomatik əlaqələri kəsəcəklərini açıqlayıb.
Kolumbiya rəsmiləri Yaxın Şərq münaqişəsi və İsraillə bağlı dəfələrlə radikal bəyanatlar veriblər.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
