00:00:00
Yazar
Güllər Gülhüseynova
17.07.2026 21:11 23 2 dəq oxuma
İdman

Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib

Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib

"Zirə" UEFA Konfrans Liqasında inamlı çıxışını davam etdirərək Gürcüstanın "Torpedo" klubunu iki oyunun nəticəsinə əsasən 6:0 hesabı ilə üstələyib və II təsnifat mərhələsinə yüksəlib. Rəşad Sadıqovun komandasının nümayiş etdirdiyi oyun və növbəti mərhələdəki şansları futbol ictimaiyyətində maraqla müzakirə olunur.


"Zirə" klubunun çıxışı ilə bağlı danışmazdan öncə ilk növbədə hər üç klubumuzun uğurlu çıxışından qısaca danışmaq istərdim. Bu nəticə gözlənilən idi. Çünki Premyer Liqa son illərdə güclənib və autsayderlə lider arasında biz bir çox oyunlarda başa-baş mübarizələr izlədik".


Bu sözləri idman jurnalisti, ekspert Namiq Abbasov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu artıq Azərbaycan Premyer Liqasında keyfiyyətin tədricən yüksək olmasından xəbər verir:


"Bu, təbii ki, öz nəticəsini avrokuboklarda verməli idi. Təbii ki, davam edəcək, çünki uğurlu startla başladı. Cari mövsüm klublarımız Avropa miqyasında hər üç komandamız ilk mərhələdə baxımlı futbol nümayiş etdirib və biz bu oyunları seyr edəndə hiss edirdik ki, komandalar təsnifat mərhələlərinə ciddi yanaşırlar, hər bir klub nəyəsə nail olmağa çalışır. İlk növbədə "Sabah" çempionlar liqasında özünü təqdim etmək istəyir. Müsbət tərəfdən və uğurlu çıxışla ilkin mərhələdə nəyə qadir olduğunu qismən ortaya qoyub. Təbii ki, rəqiblər də biz bildiyimiz səviyyədə, o qədər də güclü deyildi. Amma hər zaman biz bilirik ki, ilkin təsnifat mərhələlərində nisbətən orta səviyyəli, bir qədər ondan aşağı rəqiblər düşür. Bu səviyyə fərqi isə tədricən mərhələlər adladıqca yüksəlir".


Müsahibimizin sözlərinə görə, "Zirə"  Kutaisidə "Torpedo" üzərindəki inamlı və 6-0 hesablı iki oyunun nəticəsinə əsasən qələbəsi olub, bu bir sensasiya deyil. Rəşad Sadıqov bu klubda xüsusi bir oyun dəst-xətti yaradıb:


"Xüsusilə, cinahlar, hücum mövqeyi, müdafiədən hücumlara çıxışlar, əks hücumlar komandanın oyun dəst xəttidir və oyun bu taktiki gedişlərə əsaslanır. Gürcüstan klubuna gəlincə, Gürcüstanda hazırda futbol əvvəlki səviyyəsindən aşağıdır. Təbii ki, onlar da öz çempionatlarında nəticə göstərib, avrokuboklara vəsiqə qazanıblar. Amma müqayisə etdikdə klub səviyyəsində Azərbaycan futbolu hazırda Gürcüstan futbolunu üstələyir. Milli səviyyədə də onlara bir müddət baxımlı oyun nümayiş etdiriblər. Sonradan tədricən bir qədər eniş seyr etdik". 


Zəhra Möhübbətova

#Liqa #UEFA #Zirə #futbol #SABAH
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər