00:00:00
Yazar
Lalə Qafarova
13.04.2026 20:02 16 1 dəq oxuma
Dünya

Körfəz ölkələri Türkiyəyə yönəlir

Körfəz ölkələri Türkiyəyə yönəlir

 

ABŞ təhlükəsizlik sistemlərinin İranın raket və PUA hücumlarını tam dayandıra bilməməsi Körfəz ölkələrində ciddi narahatlıq yaradıb. Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdə mühüm enerji obyektlərinin zərər görməsi bu ölkələrin müdafiə strategiyasını yenidən düşünməsinə səbəb olub.

 

Mütəxəssislər bildirir ki, bu vəziyyət Türkiyənin müdafiə sənayesinə marağı artırır. Türk İHA-ları və hava hücumundan müdafiə sistemləri sahədə özünü sübut edib, digər alternativlər isə gözləntiləri doğrultmayıb. Buna görə Körfəz ölkələrinin Türkiyədən silah tədarükünə üstünlük verəcəyi gözlənilir.

 

TRT HABER
Mələk Hüseynova

#gündəm #azərbaycan #körfəz #baki #yönəlir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər