Kral Məkkədə baş vermiş faciə yerində olub
Kranın zəvvarların üzərinə aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər yaralanıb
Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdüləziz Əl Səud Məkkədə qaldırıcı kranın düşdüyü Əl Həram məscidinə gəlib.
Kral, həmçinin xəsarət alanların yerləşdirildiyi xəstəxanaya da baş çəkib və hadisə ilə bağlı artıq istintaqın aparıldığını bildirib.
Qeyd edək ki, ötən gün güclü külək səbəbindən qaldırıcı kranın zəvvarların üzərinə aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər yaralanıb. Kranın aşmasına səbəb güclü külək olub.
