00:00:00
Yazar
Admin User
24.06.2024 18:56 436 1 dəq oxuma
Dünya

Kraldan yeni xəstəlik xəbəri: Şahzadə Anne xəstəxanaya yerləşdirildi!

Kraldan yeni xəstəlik xəbəri: Şahzadə Anne xəstəxanaya yerləşdirildi!

Xərçəngdən müalicə olunan kral Çarlz və şahzadə Keyt Middltondan sonra xəstəlik xəbəri Kraliça Yelizavetanın yeganə qızı Şahzadə Annadan da gəlib.

 

Xərçəngdən müalicə olunan kral Çarlz və şahzadə Keyt Middltondan sonra başqa bir kral üzvündən xəstəlik xəbəri gəldi. Kraliça Elizabetin qızı və kral Çarlzın bacısı şahzadə Anna dünən evində baş verən qəzadan sonra xəstəxanaya yerləşdirilib.

 

Bukingem Sarayından verilən açıqlamada 73 yaşlı Şahzadənin Qlosterşirdəki evində yüngül xəsarətlər və beyin sarsıntısı keçirdiyi bildirilib. Şahzadə Annanın Bristoldakı Southmead xəstəxanasında nəzarət altında saxlandığı açıqlandı.

 

"Şahzadə Annanın tam və sürətli sağalması gözlənilir" deyən Bukingem, "Krala vəziyyət barədə məlumat verildi və bütün kral ailəsi ilə birlikdə Şahzadəyə ən dərin sevgisini və tezliklə sağalması üçün ən xoş arzularını çatdırdı" dedi.

 

Kral ailəsinin Annanın qəzasının mahiyyəti ilə bağlı açıqlamasında heç bir detal verilməsə də, Şahzadənin atlarına baxarkən qəza keçirdiyi iddia edilib.

 

Şahzadə keçən həftə keçirilən ənənəvi hərbi paradda atına nəzarəti itirdikdən sonra gündəmə gəlib.

 

Kameralar, Kraliça II Yelizaveta. O, Elizabeth və Şahzadə Filipin yeganə qızı Annanın iki mühafizəçi ilə birlikdə at sürərkən, atı itaətsiz davranmağa başlayanda özünü saxlamağa çalışdığı anları lentə aldı.

 

Mənbə: Haber Türk

Tərcümə etdi: Aysel Ağakərimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər