00:00:00
Yazar
Admin User
12.09.2025 12:14 145 1 dəq oxuma
Siyasət

Kreml Bakı və İrəvandan bunu gözləyir

Kreml Bakı və İrəvandan bunu gözləyir

Rusiya Ermənistan və Azərbaycandan “3+3” formatında növbəti görüşün yeri və tarixinin tezliklə razılaşdırılması üçün fəal addımlar atacağını gözləyir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

Zaxarova qeyd edib ki, Moskva bütün sahələrdə tərəfdaşlara yardım göstərməyə hazır olduğunu təsdiqləyir:

 

“Bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Cənubi Qafqaz, eləcə də digər aktual məsələlərin müzakirəsi üçün yaxşı platformadır”.

 

O, həmçinin Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində Rusiyanın prioritetlərini qeyd edib və bildirib ki, Moskva Ermənistan və Azərbaycan arasında bu barışığın davamlı olmasının tərəfdarı olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər