Kreml elan edib: Uitkoff Moskvaya gələcək
Gələn həftə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun Moskvaya səfəri gözlənilir.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov bildirib ki, səfər zamanı Vitkoff və Rusiya Prezidenti Vladimir Putin arasında ətraflı görüş planlaşdırılır:
“Bəli, biz səfər gözləyirik və prezidentlə detallı danışıqlara ümid edirik”.
Qeyd edək ki, oktyabr ayında Uitkoff Qəzza zolağında tətbiq edilən atəşkəs planına bənzər Ukrayna münaqişəsinin həlli üçün Rusiya-Amerika planının hazırlanmasını təklif edib.