Kreml: Putin Rusiyanın təhlükəsizliyi üçün zəruri qərarlar verir
Kreml sözçüsü Dmitri Peskov, Prezident Vladimir Putinin verdiyi bütün qərarların Rusiyanın təhlükəsizliyi üçün zəruri olduğunu bildirib.
Peskov bu gün keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynadakı hərbi hədəflərə son hücumunu “səbəbsiz” adlandırmasına münasibət bildirib.
Peskov, Rusiyanın hücumlarının Ukraynanın hərbi hərəkətlərinə cavab olduğunu vurğulayaraq, “Prezident Putin ölkəmizin təhlükəsizliyini təmin etmək üçün lazım olan qərarları verir”,– deyə bəyan edib.
Haber Global
Nuray Əliyeva