00:00:00
Yazar
Admin User
24.06.2024 18:16 358 1 dəq oxuma
Dünya

Kreml Putin və Ərdoğan arasında mümkün görüşü şərh edib

Kreml Putin və Ərdoğan arasında mümkün görüşü şərh edib

"Hazırda Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüş inkişaf mərhələsindədir". "İnformator.az" RİA Novostiyə istinadən xəbər verir ki , bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Bəli. Hazırda bu ehtimal araşdırılır”, - Kreml rəsmisi qarşıdan gələn danışıqlarla bağlı məlumatları şərh edərkən bildirib.

 

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ərdoğanın yaxın günlərdə Qazaxıstanda Rusiya lideri ilə görüşmək niyyətində olduğunu təsdiqləyib .

 

İyunun 20-də Türkiyənin Habertürk kanalı xəbər verib ki, Türkiyə prezidenti Putinlə iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşmək niyyətindədir .

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər