Kreml Rusiya-ABŞ sammitini zəruri hesab etmir
“Putin və Tramp arasında görüş üzərində deyil, Ukrayna məsələsi üzərində işləmək lazımdır”,-Peskov bildirib.
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, son məlumatlar Rusiyanın mövqeyinin dəyişməsi istiqamətində fikir yürütməyə müəyyən qədər imkan verir:
“Rusiyanın münasibətinin dəyişməsi haqqında rəsmi məlumatlar yoxdur. Sadəcə hesab edirəm ki, eskolon Putinlə Tramp arasındakı görüş üzərində deyil, Ukrayna məsələsi üzərində işləmək lazımdır. Bu gün əgər ABŞ Prezindenti Rusiya Prezidenti ilə görüş istiqamətində zəruri addımlar atsaydı, Peskovun bəyanatları başqa mənada səslənərdi. Peskovun bəyanat verməsinin əsas səbəbi ABŞ-də Putinlə görüşlə bağlı qərar qəbul olunmamasıdır. Tramp Putinlə görüş haqqında hələki düşünmür. Tramp o görüşə hazırdır ki, o görüşdə nəticə əldə olunsun. Nəticə də Putinin danışıqlar masasına oturmasıdır. ABŞ hələki Putinin atəşkəs əldə olunmasına o cümlədən danışıqlarının aparılmasına maraqlı olmadığı barədə məlumatlar verir. Ona görə də ABŞ-nin Rusiya ilə münasibətdə mövqeyi müəyyən qədər dəyişikliyə məruz qalıb. ABŞ hazırda Rusiya ilə danışıqlarda deyil. ABŞ barışıq əldə olunmasında müəyyən qədər geri çəkilib. ABŞ uzun müddət Putini danışıqlar masasına oturmağa çalışırdı. Lakin son hadisələr onu göstərir ki, bu Rusiyaya maraqlı deyil. Bu gün Ukraynanın silahlarını artırmaqla Rusiyanı müəyyən qədər təzyiqə məruz qoymaq qərara alınıb. Buna görə də düşünürəm ki, Peskovun bəyanatları məhz ABŞ-ni istəmədiyindən irəli gəlir”.
Çimnaz Telmanqızı
