00:00:00
Yazar
Admin User
26.11.2025 18:29 132 2 dəq oxuma
Dünya

Kreml Trampın Ukrayna ilə bağlı sülh planının bəzi məqamlarına müsbət baxır

Kreml Trampın Ukrayna ilə bağlı sülh planının bəzi məqamlarına müsbət baxır

Rusiya hələlik ABŞ-nin Ukrayna ilə bağlı sülh planını rəsmi olaraq almayıb, lakin Moskvanın əlində qeyri-rəsmi “sənəd” mövcuddur. Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, ABŞ-nin Lukoil və Rosneft şirkətlərinə sanksiya tətbiq etməsindən sonra Rusiya daha çətin vəziyyətdə düşüb:

 

"İllərdir davam edən müharibə, cəbhədə irəliləyişin əldə edilməməsi və maliyyə çatışmazlıqları Moskvada yeni çıxış yollarının axtarılmasına səbəb olub. Belə vaxta Vaşiqtondan gələn “sülh planı” Kremli vəziyyətdən çıxaracaq yeganə variant kimi görünür. İlk baxışdan planın Rusiyanın maraqlarına cavab verdiyi görünür. Onda belə sual meydana çıxır ki, bəs Uşakov nədən narahatdır? Məsələ işğalın tanınması ilə bağlıdır. Kremlin istəyi işğal edilən ərazilərin Rusiyanın tərkibində tanınmasıdır. Trampın planında isə ərazilər de-fakto Rusiyanın tərkibində tanınır, amma de-yure yox. Yəni həmin ərazilər beynəlxalq hüquqla Ukrayna ərazisi kimi tanınacaq. Rusiya bu məsələyə etiraz etsə də, ümumilikdə planla razıdır. Çünki müharibəni dayandırıb, atəşkəsi daxili auditoriyaya qələbə kimi təqdim edib müəyyən qədər vaxt qazanmaq istəyir. Bu vaxt isə Moskvaya toparlanmaq üçün lazımdır. Avropa İttifaqı isə Trampın sülh planı ilə razı deyil. Onlar bu şərtlərlə sülhün Ukraynadan çox Rusiyanın xeyirinə olacağını düşünürlər. Amma burada avropalılardan daha çox, rusların və ukraynalıların nə düşündüyü önəmlidir. Hər iki tərəf də yorulub və atəşkəsə ehtiyac var. Bu sülh planı problemləri və fikir ayrılıqlarını aradan qaldıra bilmədiyi üçün əslində atəşkəs razılaşmasıdır. Təbii ki əgər razılıq olsa".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər