00:00:00
Yazar
Güllər Gülhüseynova
07.04.2026 09:45 13 1 dəq oxuma
Dünya

Kristofer Lakson Trampın İranın infrastrukturuna zərbə endirmək hədələrini faydasız adlandırıb

Kristofer Lakson Trampın İranın infrastrukturuna zərbə endirmək hədələrini faydasız adlandırıb

Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson ABŞ Prezidenti Donald Trampın İranın mülki infrastrukturuna zərbələr endirmək hədələrinin "faydasız" olduğunu bəyan edib.

 

"İnformator.az" xəbər verir ki, onun sözlərini milli radio stansiyası "Radio New Zealand" yayıb.

 

"Faydasızdır, çünki sonrakı hərbi əməliyyatlara ehtiyac yoxdur", - K.Lakson qeyd edib.

 

Onun sözlərinə görə, münaqişənin daha da kəskinləşməsinin qarşısının alınması prioritet olaraq qalmalıdır: "Ötən həftəsonu biz ABŞ prezidentinin hədələri barədə xəbər tutduq. Bu addımlardan hər hansı biri, o cümlədən körpülərin, su anbarlarının və mülki infrastrukturun bombalanması da qəbuledilməz olardı".

#adlandırıb #zərbə #xəbər #trampın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər