00:00:00
Yazar
Admin User
11.11.2025 12:13 134 1 dəq oxuma
Dünya

Əkrəm İmamoğlu işi üzrə 402 şübhəli haqqında ittiham irəli sürülüb

Əkrəm İmamoğlu işi üzrə 402 şübhəli haqqında ittiham irəli sürülüb

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunun cinayət işi üzrə 402 şübhəli barəsində ittiham irəli sürülüb.

 

"İnformator.az" "TRT Haber"ə istinadən xəbər verir ki, "İmamoğlu mənfəət məqsədli cinayət təşkilatı"na qarşı aparılan istintaq çərçivəsində 105-i həbsdə olan 402 şübhəli barəsində ittiham aktı hazırlanıb.

 

İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında, ümumilikdə, 143 fərqli hərəkət üzrə İstanbul Ağır Cəza Məhkəməsində iddia qaldırılıb. Barəsində iddia qaldırılan şübhəlilərdən 99-u təşkilat üzvü, bir nəfəri isə təşkilatın qurucusu və lideri (Əkrəm İmamoğlu) kimi göstərilib. Məlumata görə, İmamoğluna 2 min 352 ilə qədər həbs cəzası istənilib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər