Əkrəm İmamoğludan Kamal Kılıçdaroğluna: Böyük bir xəyanətlə üzləşmişəm
Silivridəki Mərmərə Həbsxanasında saxlanılan CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu CHP-nin 7-ci sədri Kamal Kılıçdaroğlunun "Mitinqləri və ya hərəkətləri doğru görmürəm" sözlərinə "Bu sözlər çox ağrıdır. Böyük bir xəyanət hissi ilə üzləşirəm. Həbsxanada çox adama bu sözləri söyləmək mümkün deyil"- deyərək reaksiya verib.
Kılıçdaroğlunun “Mitinqləri və ya hərəkətləri doğru görmürəm” sözlərinə reaksiya verən İmamoğlu “Bu sözlər çox ağrıdır, dözə bilmirəm” deyən Kılıçdaroğluna “Axmaq davası” prosesində verdiyi dəstək vədlərini xatırladıb və “Kemal bəy o zaman demişdi ki, “Türkiyəni ayağa qaldıracağam, indi tamamilə fərqli bir rəftar var”- deyib.
İmamoğlu bunları qeyd edib:
"İndi partiyada böyük əməliyyat var, İstanbul bələdiyyə başqanı, CHP-nin prezidentliyə namizədi həbsdədir, bələdiyyə başçılarımız, vicdanlı, mənəviyyatlı bürokratlarımız və yoldaşlarımız, baş nazirimiz, keçmiş millət vəkilimiz həbsxanada olarkən deyilən sözlər çox ağrıdır. Mən böyük bir xəyanət hissi ilə qarşı-qarşıyayam. Bu qədər insan həbsxanada, ailələr isə birbaşa işgəncə altında olsa da, cəzasızlıq var.
Haber Global
Əminə Əliyeva