KTMT-dən Ermənistana çağırış...
Ümid edək ki, müəyyən vaxtdan sonra Ermənistanın siyasi rəhbərliyi düşünülmüş qərar verəcək və biz birlikdə yolumuza davam edəcəyik.
"İnformator.az" "Bakupost.az"a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov bildirib.
“Ermənistan məsələsi hər dəfə qaldırılır – təkcə Kollektiv Təhlükəsizlik Şurasının iclaslarında və mətbuat konfranslarında deyil, demək olar ki, jurnalistlərlə hər görüşdə bu mövzu gündəmdən düşmür. Ermənistan müstəqil, suveren dövlətdir və istədiyi təşkilata daxil olmaq və ya fəaliyyətini dayandırmaq hüququna malikdir”, - Tasmaqambetov deyib.
Qeyd edək ki, Ermənistan KTMT dövlət başçılarının Qazaxıstanda keçirilən sammitində də iştirak etməyib.