00:00:00
Yazar
Aydan Əsgərxanlı
21.07.2026 21:45 41 1 dəq oxuma
Dünya

Küveyt İran səfirinə etiraz notası verib

Küveyt İran səfirinə etiraz notası verib

Küveyt Xarici İşlər Nazirliyi (XİN) İranın ölkədəki səfirini nazirliyə çağıraraq, Hörmüz boğazında əmirliyə məxsus tankerin hücuma məruz qalması və nəticədə bir neçə heyət üzvünün xəsarət alması ilə bağlı etiraz notası təqdim edib.


"İnformator.az" xəbər verir ki, bu barədə Küveyt XİN-in bəyanatında bildirilir.

 

Bəyanatın mətninə əsasən, Küveytə məxsus "Kaifan" tankeri iyulun 20-də axşam saatlarında Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. XİN İrandan qanunsuz hücumları dərhal dayandırmağı tələb etdiyini təsdiqləyib və vurğulayıb ki, Küveyt lazımi bütün tədbirləri görmək hüququnu özündə saxlayır.

 

Xatırladaq ki, ABŞ-İran qarşıdurmasında növbəti gərginlik iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə olaraq Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisində bir neçə hədəfə zərbələr endirib.

 

Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib. Bundan sonra Tehran cavab tədbirləri çərçivəsində Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanda yerləşən ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.

#xəbər #azərbaycan #etiraz #gündəm #notası
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər