Küveytin neft tankerindəki yanğın söndürülüb
Küveytə məxsus neft tankerinə endirilən zərbədən sonra baş verən yanğın söndürülüb.
"İnformator.az" xəbər verir ki, bu barədə BƏƏ-nin hakimiyyət orqanları məlumat verib.
"Müdaxilə qrupları Dubayın ərazi sularında Küveytin neft tankeri ilə bağlı insidenti uğurla lokallaşdırıblar, neft sızması baş verməyib, zərərçəkən yoxdur", - məlumatda bildirilib.