00:00:00
Yazar
Admin User
16.09.2025 18:45 272 2 dəq oxuma
Siyasət

Lüksemburq Fələstini tanıyacaq

Lüksemburq Fələstini tanıyacaq

Lüksemburqun Baş naziri Lyuk Friden və xarici işlər naziri Ksavye Bettel parlament komissiyasına BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq niyyətində olduqlarını bildiriblər.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, BMT-nin qərarına əsasən ikili dövlət prinsipləri müdaifə olunur:

 

"Bir qədər əvvəl Fransa prezidenti də Fələstini tanımaqla bağlı açıqlama verib. Hətta buna görə İsrailə səfəri təxirə salınıb və yəhudi dövlətinin kəskin tənqidinə tuş gəlib.Buna rəğmən Lüksemburq da Fələstini tanımaqla bağlı niyyətini bəyan edib. Nəticə etibarı ilə İsrailin Qəzza xalqına və ümumiyyətlə Fələstin məsələsinə münasibəti demək olar ki, barmaqla sayılacaq dövlətdən savayı bütün dünya tərəfindən mənfi qarşılanır. Habelə BMT-nin qərarına əsasən ikili dövlət prinsipləri müdaifə olunur. İsrail isə həm beynəlxalq qanunları həm də Fələstini tanımaq istəyən dövlətlərin mövqeyini qəbul etmir. Bu, ümumilikdə bütün dünya üçün böyük və qlobal problemə çevrilir. Türkiyə də artır ciddi qərar qəbul etmək ərəfəsindədir. İsrailin heç kəsi dinləmədən yalnız ABŞ-yə güvənərək problemi daha da dərinləşdirməsi ümumdünya siyasi böhranına aparır. Lüksemburqun Fələstini tanıması ilk növbədə BMT-nin qərarlarına əsaslanır. Digər tərəfdən isə hazırda Ukrayna-Rusiya müharibəsi məsələsində ABŞ-nin Avropa Birliyi ilə arasındakı anlaşmazlıqlardır. ABŞ-nin NATO-nun üzvü olan ölkələri Çinlə bağlı vergilərin artırılmasını Rusiyaya sanksiyalar məsələsində şərt qoyması İttifaqda ikitirəlik yaradıb. Odur ki, İsraili birmənalı dəstəkləyən ABŞ-nin mövqeyi ilə Avropa ölkələrinin Fələstin məsələsindəki mövqeyi də fərqlidir. Lüksemburqun Fələstini tanımaq niyyətinin Avropada müsbət qarşılanacağı gözlənilir. Dünyada demokratiya, insan haqları şüarları ilə çıxış edən Avropa üçün Fələstində baş verən qeyri - insani vəziyyətə seyrçi qalması Birliyin özünün dünyada nüfuzunu minimuma endirir. Eyni zamanda qərinələrdir uzanan problemin biryolluq həlli ilə bağlı ikili dövlət prinsipindən savayı yolun qalmadığını artıq qəbul edirlər. Fələstin dövlətinin tanınması üçün hazırlıqlar gedir və bir neçə ay ərzində artıq bu prosesin reallaşacağı gözlənilir".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər