00:00:00
Yazar
Admin User
12.09.2025 07:34 128 1 dəq oxuma
Sosial

Laçın şəhərində əmək yarmarkası keçiriləcək

Laçın şəhərində əmək yarmarkası keçiriləcək

Dövlət Məşğulluq Agentliyi sentyabrın 16-da Laçın şəhərində əmək yarmarkası keçirəcək.

 

"İnformator.az" xəbər verir ki, tədbir Agentliyin Laçın rayonu üzrə xidmət şöbəsinin inzibati binasında təşkil olunacaq.

 

″Laçın″ İstirahət Kompleksi və Laçın Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin dəstəyi ilə keçiriləcək yarmarkada Laçın rayonu üzrə həmin müəssisələrə aid növbə rəisi, baş mühasib, kargüzar, təsərrüfatçı, qəssab və s. iş yerləri üzrə vakansiyalar təqdim ediləcək. Aktiv məşğulluq tədbirində bu vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər