00:00:00
Yazar
Admin User
25.08.2025 07:28 125 1 dəq oxuma
Dünya

Lars Klinqbayl Kiyevə gizli səfər edib

Lars Klinqbayl Kiyevə gizli səfər edib

"İnformator.az" xəbər verir ki, Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbayl elan olunmamış səfərlə Ukraynanın paytaxtı Kiyevə gedib.

 

"Mən Almaniyanın mümkün sülh prosesində Ukraynanı necə ən yaxşı şəkildə dəstəkləyə biləcəyini müzakirə etmək niyyətindəyəm", - deyə o, jurnalistlərə bildirib.

 

Klinqbayl qeyd edib ki, uzunmüddətli sülhün təmin edilməsi üçün etibarlı təhlükəsizlik zəmanətləri lazımdır.

 

Səfər çərçivəsində Klinqbayl Ukrayna hökumətinin və Ali Radanın nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti ilə danışıqlar aparacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər