00:00:00
Yazar
Admin User
30.06.2025 08:26 116 1 dəq oxuma
Dünya

Lavrov erməni kilsəsini müdafiə edib

Lavrov erməni kilsəsini müdafiə edib

“KTMT ölkələrinin xarici işlər nazirləri Ermənistanda baş verənlərdən ciddi narahat olduqlarını bildiriblər”.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının Qırğızıstanda keçirilən iclasındakı çıxışında deyib.

 

Rusiyalı nazirin sözlərinə görə, o, erməni kilsəsinin hücuma məruz qalmamasını və münaqişənin tezliklə həll olunmasını istəyir.


“Mövzu müzakirə olunub, Ermənistanın daxilində baş verənlərlə bağlı ciddi narahatlıq ifadə olunub. Aydındır ki, bu, qonşularımızın daxili işidir, amma minillik Erməni Apostol Kilsəsinə (?) edilən hücumlar çox narahatlıq doğurur. Kilsə ənənəvi olaraq həmişə erməni cəmiyyətinin əsas sütunlarından biri olub və istəməzdik ki, bu kilsə əsassız hücumlara məruz qalsın. Bu münaqişənin, bu vəziyyətin Ermənistan Konstitusiyası əsasında, dindarların hüquqlarına və əslində hər hansı digər insan hüquqlarına tam hörmət əsasında tezliklə həll olunmasında maraqlıyıq”, - Lavrov vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər