Lavrov: Kiyevlə yeni danışıqlarda buna israr edəcəyik
Yaxın vaxtlarda Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi elan olunacaq.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, Moskva birbaşa danışıqların yeni raundunda Kiyevdən Ukraynadakı bütün ayrı-seçkilik qanunlarını ləğv etməkdə israr edəcək.